AZ

Kayl Uokerin arvadı futbolçu ilə boşanmaq fikrindən daşındı

Bir neçə ay əvvəl futbolçu ilə boşanmaq üçün məhkəməyə müraciət etmiş Kayl Uokerin həyat yoldaşı Enni Uoker indi fikrini dəyişib.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Mançester Siti”nin 34 yaşlı ingilis sağ cinah müdafiəçisi və kapitanı Kayl Uokerlə Səudiyyə Ərəbistanının bir sıra klubları maraqlanırlar. Bu klublar arasında portuqal ulduz hücumçu Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” də var. Ehtimal edilir ki, ingilis futbolçuya həftədə təxminən 400 min funt-sterlinq məbləğində qazanc götürə biləcəyi müqavilə təklif edilə bilər. Uokerin həyat yoldaşının dostları inanırlar ki, bu, qadının fikrini dəyişməsinə və onu əvvəllər dəfələrlə aldatmış futbolçunu bağışlamasına səbəb ola bilər.

Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. Uokerin Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kayl Uokerin “Mançester Siti”nin heəytində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Kayl Uoker hazırda kapitanı olduğu, 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis sağ cinah müdafiəçisi Kayl Uokerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
4
arena.az

10Mənbələr