Sumqayıtda evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.
APA xəbər verir ki,hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.