AZ

Sumqayıtda evdə yanan qadın xəstəxanada ölüb

Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə üç gün əvvəl Sumqayıt şəhər “Yaşıl dərə” yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
17
editor.az

10Mənbələr