AZ

“Şamaxı”da yeni legioner – RƏSMİ

“Şamaxı” klubu yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanga Mabula ilə 6 ay + 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

Seçilən
10
14
msport.az

10Mənbələr