"Çimnaz Sultanovanın xəstəliyi barədə hər birimiz böyük bir şok yaşadıq".
Modern.az xəbər verir ki, bunu aktrisa Sona Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, aktrisa heç kimin yanında xsətəliyindən şikayətlənməyib.
"Çimnazı neçə illərdir tanıyıram. Allahın "başım ağrıyır" ifadəsini onun ağzından eşitməmişəm. İki gün bundan öncəki paylaşımın görmüsünüz. O görüntülərdən də xəstə insana oxşamırdı. Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb".
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova ötən gün bağırsaq xərçəngindən vəfat edib.