"Rusiya Federasiyası ümid edir ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs haqqında razılaşmanın həyata keçirilməsi davamlı sabitləşmə üçün şərait yaradacaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz ümid edirik ki, hazırda əldə edilmiş razılaşmanın həyata keçirilməsi Qəzzada vəziyyətin davamlı sabitləşməsinə töhfə verəcək və bütün müvəqqəti köçkünlərin geri qayıtması və döyüşlər zamanı dağıdılanların bərpası üçün işlərin başlanmasına şərait yaradacaq. Razılaşma nəticəsində azad edilən fələstinli girovlar ailələrinə qovuşacaqlar, onların arasında Qəzza zolağında olan Rusiya vətəndaşı Aleksandr Trufanov da olacaq”, - diplomat qeyd edib.