Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Bogdanov, HAMAS-ın Siyasi Bürosunun müavini Musa Abu-Marzuk və HAMAS-ın xaricdəki rəhbəri Xalid Maşal ilə telefon danışığı keçirib. Bu barədə Rusiya xarici siyasət qurumunun mətbuat xidməti məlumat yayıb."Bəhs edilən danışıqlar zamanı fələstinlilər Rusiyanın fələstin xalqının qanuni hüquqlarını təmin etmək, Fələstin məsələsinin ədalətli həlli üçün prinsipal mövqeyini ardıcıl dəstəklədiyi üçün təşəkkürlərini ifadə ediblər", — deyə açıqlamada bildirilir.Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Fələstin hərəkatının nümayəndələri danışıqlar zamanı Doha və Qahirədə uzun müzakirələr nəticəsində İsraillə əldə edilmiş razılaşmalar barədə öz gözləntilərini bölüşüblər.Rusiya tərəfi, Fələstin ərazisində saxlanılan Rusiya vətəndaşı Trufanovun sərbəst buraxılmasına dair marağını təsdiqləyib. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi, 1967-ci il sərhədlərində, şərqi Qüdsün paytaxt olduğu müstəqil Fələstin dövlətinin yaradılması üzrə işin vacibliyini vurğulayıb.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir