AZ

“Mançester Siti” Bundesliqadan hücumçu alır

İngiltərənin “Mançester Siti” klubu Almaniya Bundesliqasından futbolçu transfer edir.

Teleqraf.com xəbər verir ki, "şəhərlilər" hücumçu Omar Marmuşun keçidinə dair "Ayntraxt Frankfurt"la razılığa gəlib.

Bombardirlər siyahısında ilk "üçlük"də yer alan Marmuş cari mövsüm Bundesliqada 15 qol vurub. O, yalnız 16 qola malik “Bavariya”nın hücumçusu Harri Keyndən geri qalır.

Qeyd edək ki, 25 yaşlı Misir əsilli mərkəz hücumçusu Omar Marmuş daha əvvəl “Volfsburq”, “Ştutqart” və “Sankt Pauli” kimi klublarda forma geyinib.


Müəllif: Teleqraf.com
Seçilən
9
28
teleqraf.com

10Mənbələr