AZ

Çinin əhalisi azaldıqca, azalır

Çinin əhalisi 2024-cü ildə 1,39 milyon nəfər azalaraq əvvəlki 2 ildəki azalma tendensiyasını davam etdirib.

Publika.az xəbər verir ki, ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023-cü və 2024-cü illərdə də davam edib.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çində əhalinin azalma tendensiyasının başladığı il olub. 2024-cü ildə isə ölkədə 9,54 milyon körpə doğulub.

2023-cü ildə mində 6,39 olan doğum nisbəti 2024-cü ildə mində 6,77-yə yüksəlib. Doğum nisbəti keçən il milli rekordların 1949-cu ildə başlanmasından bəri ən aşağı səviyyəyə düşüb.

Ötən il ölkədə 10,93 milyon ölüm qeydə alındığı halda, 11,1 milyon ölümün qeydə alındığı 2023-cü illə müqayisədə 1,5 faiz azalıb. Ölüm nisbəti mində 7,87-dən 7,76-ya düşüb.

Seçilən
15
46
publika.az

10Mənbələr