AZ

“Toplum TV” işi üzrə istintaq yekunlaşdı

“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittihamlar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vəkil Rəsul Cəfərov məlumat verib.  

Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.

Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir. 

Eyni ittihamlar iş üzrə başqa təqsirləndirilənlərə - Ruslan İzzətli, Akif Qurbanov və digərlərinə də aiddir.

Seçilən
11
18
demokrat.az

10Mənbələr