AZ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb

Azərbaycanda

22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.“Ulusum”.az xəbər verir ki, məlumati Səhiyyə Nazirliyi yayib.Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

Diqqət Çəkənlər

Kreml: Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanib

Atatürk Mərkəzində "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimatı keçiriləcək

İran Prezidenti Məsud Pezeşkian Moskvada rəsmi səfərdədir

Seçilən
12
43
ulusum.az

10Mənbələr