Bakı, 18 yanvar, AZƏRTAC
Basketbol üzrə Avroliqada XXII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin "Fənərbağça" komandası doğma meydanda Litvanın "Zalgiris” klubuna 98:86 hesabı ilə qalib gəlib. Bu nəticə ilə "sarı-lacivərdlilər" 4-ü ardıcıl olmaqla, ümumilikdə 14-cü qələbəsinə imza atıb.
Türkiyənin digər təmsilçisi “Anadolu Efes” isə səfərdə İspaniyanın "Barselona" komandasına 90:80 hesabı ilə uduzub. Bununla da qonaqlar ardıcıl 5-ci, ümumilikdə isə 12-ci məğlubiyyətini alıb.
Günün digər qarşılaşmalarında "Baskonia" (İspaniya) "Panatinaikos"u (Yunanıstan) 91:77, "Boloniya" (İtaliya) "Bavariya"nı (Almaniya) 82:72, "Srvena Zvezda" (Serbiya) "Monako"nu (Fransa) 88:82 hesabı ilə üstələyib.