AZ

Ailə münasibətləri ilə bağlı qərarlarda dəyişiklik: Aliment davalarına son qoyulur?

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. O qeyd edib ki, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.
Məlumdur ki, boşanmalar zamanı ən böyük çəkişmələr məhz aliment və uşaqların valideyni ilə ünsiyyət məsələsində yaranır. Sözügedən dəyişikliklər bu kimi məhkəmə çəkişmələrini xüsusən də, aliment mübahisələrində məhkəmələrin iş yükünü azaldır və vətəndaşları yeni iddia qaldırmaqdan azad edir.

Bəs aliment və ünsiyyət problemi ilə bağlı mühüm yeniliklər nədir? Qərarı Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli ilə müzakirə etdik.

Aliment necə müəyyən ediləcək?

Vəkil bildirdi ki, Ali Məhkəmə Plenumunun məlum qərarı ilə olan dəyişiklikləri aliment məbləğinin müəyyən edilməsi və uşaqla ünsiyyət hüququ olaraq iki yerə bölə bilərik.

Ən çəkişməli, sosial şəbəkələrdə daim müzakirə olunan problem aliment məsələsidir. Vəkil deyir ki, aliment artıq minimum əməkhaqqının müəyyən misli ilə təyin ediləcək: “Məlum olduğu kimi nikah pozulan zaman birgə nikah zamanı doğulan uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən uşaqlar üçün aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Yeni qaydalara qədər aliment müəyyən edilən zaman Ailə Məcəlləsinə uyğun olaraq, ya sabit pul məbləği şəklində, ya da aliment tələb olunan valideynin əməkhaqqının müəyyən misli məbləğində tutulurdu. Hazırki qaydaya əsasən isə artıq sabit pul məbləğində aliment tutularkən onun məbləği konkret rəqəmlə, yəni, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə deyil, minimum əməkhaqqının misli məbləğində müəyyən ediləcək”.

Məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə...

Məlumdur ki, hər il ölkə üzrə yaşayış minimumu haqqında qanun qəbul edilir, həmin qanunda da uşaqlar üçün yaşayış minimumu müəyyən edilirdi. Vəkil bildirir ki, məhkəmələr tərəfindən aliment sabit məbləğdə təyin edilən zaman həmin məbləğ nəzərə alınırdı: “Məsələn, 2024-cü ildə hər uşaq üçün yaşayış minimumu ölkə üzrə 235 manat müəyyən olunmuşdu, məhkəmələr aliment müəyyən edəndə həmin məbləği sabit pul şəklində təyin edirdilər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarı ilə isə məhkəmə aliment məbləğini təyin edərkən minimum əmək haqqı məbləğinin misli ilə ifadə etməklə indeksasiya aparacaq. Məsələn, məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə, onda aliment məbləğini 240 manat olaraq deyil, minimum əmək haqqı məbləğinin 0.6 misli məbləğində müəyyən edəcək. 2025-ci il üçün minimum əmək haqqı məbləği 400 manat təşkil etdiyindən, həmin məbləğin 0.6 misli 240 manat olacaq”.

Minimum əməkhaqqı artdıqca...

Seçilən
11
50
publika.az

10Mənbələr