AZ

Florentino Peres yenidən "Real Madrid"in prezidenti seçilib

"Real Madrid"in baş məşqçisi Florentino Peres avtomatik olaraq beşinci müddətə Los Blancos-un prezidenti seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Real Madrid"in hazırkı prezidenti vəzifəsini 2029-cu ilə qədər davam etdirəcək. Florentino Peres bu vəzifə üçün mübarizə aparan yeganə namizəd olub.

İspaniyalı tikinti sahibkarı və idman rəsmisi yeganə namizəd olduğu 2009-cu ildən Madrid nəhənginin prezidentidir. 2013, 2017 və 2021-ci illərdə də onun rəqibi olmayıb.

La Liqanın 2024/25 mövsümünün turnir cədvəlinə 46 xalla "Real Madrid" başçılıq edir. Növbəti mərhələdə Karlo Ançelottinin yetirmələri “Valyadolid”lə qarşılaşacaq.

Seçilən
51
50
90deqiqe.az

10Mənbələr