AZ

''Siti''ni pley-offda ya ''Real'' gözləyir, ya da ''Bavariya''!

Çempionlar Liqasında əsas mərhələyə 18 qarşılaşma ilə yekun vuruldu.

''Football-plus.az'' xəbər verir ki, həm birbaşa 1/8 finala, həm də pley-offa vəsiqə qazanan komandalar bəlli oldu. ''Liverpul'' ilə ''Barselona'' son turdan öncə 1/8 finala vəsiqəni təmin etmişdi. Onlara ''Arsenal'', ''İnter'', ''Atletiko'', ''Bayer-04'', ''Lill'' və ''Aston Villa'' qoşuldu. 9-24-cü pilləni tutan 16 kollektiv isə pley-offda oynayacaq.

Yeni formatın qaydalarına görə 9-10 və 23-24-cü pillələr, 11-12 və 21-22-ci pillələr, 13-14 və 19-20-ci pillələr, 15-16 və 17-18-ci pillələr bir-biri ilə qarşılaşacaq. Konkret oyunlar yanvarın 31-də baş tutacaq püşkatmadan sonra bilinəcək. Burda ən diqqətçəkən məqam odu ki, son anda pley-offa vəsiqə qazanan ''Mançester Siti'' 22-ci pilləni tutdu və 11-12-ci pillədə qərarlaşanlardan biri ilə üz-üzə gələcək. 11-12-ci pillələrdə isə uyğun olaraq ''Real'' və ''Bavariya'' qərarlaşıb. Yəni bizi pley-offda ya ''Mançester Siti'' - ''Real'', ya da ''Mançester Siti'' - ''Bavariya'' dueli gözləyəcək! ''Siti''nin ünlü çalışdırıcısı Xosep Qvardiola hadisələrin bu cür axarı ilə bağlı bunları deyib:

''Sözsüz ki, istər ''Bavariya'', istərsə də ''Real''a qarşı oyunlar çox çətin keçəcək. Amma bizim hazırlaşmaq üçün hələ iki həftəmiz var. Bu müddət ərzində bəzi oyunçularımız, eləcə də yeni transferlər komandaya tam qoşulacaq. Ona görə də inanıram ki pley-offda iki baxımlı oyun keçirəcəyik''.

Qvardiolanın komandasının bu mövsüm ÇL-i qazanacağına inanmadığını bildirməsi də diqqət çəkib. Onu da vurğulayaq ki, 21-ci pilləni ''Seltik'' tutub. Yəni ''Real'' ilə ''Bavariya''dan kim ''Siti''yə rəqib olmayacaqsa, ''Seltik''lə qarşılaşacaq.

ƏLİ
Seçilən
0
8
football-plus.az

10Mənbələr