AZ

Çempionlar Liqasının pley-offunda kim kimə rəqib olacaq?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 31-i, cümə günü keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

Pley-offda 16 komanda yarışacaq. Bunlar əsas mərhələdə 9-24-cü yerləri tutan komandalardır. Söhbət "Atalanta", "Borussiya Dortmund", "Real", "Bayern", "Milan", PSV, PSJ ", "Benfika", "Monako" , "Brest", "Feyenoord", "Yuventus", "Seltik", "Mançester Siti", "Sportinq", "Brügge"dən gedir.

Cütllər komandaların əsas mərhələdəki yekun yerləri ilə müəyyən olunacaq. Məsələn, 9-10-cu yerləri tutan komandalar 23-24-cü yerləri tutan komandalarla qarşılaşacaqlar. 11-12-ci yerləri tutan komandalar isə 21-22-ci yerləri tutan komandalarla üz-üzə gələcək və s.

Bu mərhələnin oyunları 11/12 və 18/19 fevral tarixlərində keçiriləcək.

Seçilən
1
8
publika.az

10Mənbələr