Yanvarın 31-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 1/16 finalın cütlükləri bəlli olacaq.
Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda – “Atalanta”, “Milan”, “Yuventus” (hamısı İtaliya), “Borussiya Dortmund”, “Bavariya” (hər ikisi Almaniya), “Real Madrid” (İspaniya), PSV, “Feyenoord” (hər ikisi Niderland), PSJ, “Brest”, “Monako” (hamısı Fransa), “Benfika”, “Sportinq” (hər ikisi Portuqaliya), “Seltik” (Şotlandiya), “Mançester Siti” (İngiltərə), “Brügge” (Belçika) iştirak edəcək.
Artıq komandaların potensial rəqibləri bəllidir.
“Monako”: PSJ və ya “Benfika”
“Brest”: PSJ və ya “Benfika”
PSJ: “Monako” və ya “Brest”
“Benfika”: “Monako” və ya “Brest”
“Sportinq”: “Atalanta” və ya “Borussiya Dortmund”
“Brügge”: “Atalanta” və ya “Borussiya Dortmund”
“Atalanta”: “Sportinq” və ya “Brügge”
“Borussiya Dortmund”: “Sportinq” və ya “Brügge”
“Seltik”: “Real Madrid” və ya “Bavariya”
“Mançester Siti”: “Real Madrid” və ya “Bavariya”
“Real Madrid”: “Seltik” və ya “Mançester Siti”
“Bavariya”: “Seltik” və ya “Mançester Siti”
“Feyenoord”: “Milan” və ya PSV
“Yuventus”: “Milan” və ya PSV
“Milan”: “Feyenoord” və ya “Yuventus”
PSV: “Feyenoord” və ya “Yuventus”
Bu raundun oyunları 11-12 və 18-19 fevralda keçiriləcək.
Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər – “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), və “Lill” (Fransa) isə birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə 4-5 və 11-12 martda oynanılacaq.