AZ

Çempionlar Liqası tarixində belə şey olmamışdı

"Feyenoord"un müdafiəçisi Qernot Trauner Çempionlar Liqasının tarixinə antirekordla düşüb.

Publika.az xəbər verir ki, o, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunun "Lill"lə oyununda (1:6) 2 avtoqol etməklə nail olub. Qapılarına vurulan 6 qoldan 2-sinin müəllifi avstriyalı müdafiə turnirdə heç də xoş olmayan ilkə imza atıb.

"Opta"nın məlumatına görə, Trauner Çempionlar Liqası tarixində bir görüşdə iki avtoqol edən ilk oyunçu olub.

Seçilən
1
13
publika.az

10Mənbələr