1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan 3 iranlı şübhəlinin mədə və bağırsaqlarında narkotik vasitə gəzdirdiyi müəyyən edilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, şübhəlilərin daxili orqanlarından 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.
Hər üç şəxs tibbi əməliyyatdan sonra həbs olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.