AZ

ABŞ-da Trampın ikinci prezidentlik müddəti başlayır

Bakı, TurkicWorld

Donald Trampın ABŞ-da ikinci prezidentlik müddəti bu gün keçiriləcək andiçmə mərasimi ilə rəsmən başlayır.

TurkicWorld xəbər verir ki, havanın həddindən artıq soyuq keçməsi səbəbindən andiçmə mərasimi adi qaydada açıq havada deyil, ABŞ Konqresinin binasının Rotunda hissəsində təşkil ediləcək.

Tramp və vitse-prezidenti JD Vance-in andiçmə mərasimi bugün, yerli vaxtla saat 20:00-da başlayacaq. Günorta keçiriləcək rəsmi mərasimdən bir gün əvvəl, saat 15:00-da Capital One Arenada “Qələbə Rallisi” baş tutub.

Andiçmədə ABŞ-ın keçmiş prezidentləri, dünya liderləri, milyarderlər və digər əhəmiyyətli şəxslərin iştirakı gözlənilir.

Tramp, Truth Social platformasında etdiyi açıqlamada, andiçmə mərasimini Vaşinqtonda gözlənilən həddindən artıq soyuq hava şəraitini nəzərə alaraq qapalı məkana köçürməyin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, 1985-ci ildən sonra ilk dəfə ABŞ-da andiçmə mərasimi həddindən artıq soyuq hava şəraiti səbəbindən qapalı məkanda – ABŞ Konqresinin Rotunda hissəsində keçiriləcək.

Seçilən
24
50
turkic.world

10Mənbələr