Türkiyənin Hələbdəki Baş Konsulluğu təxminən 13 illik fasilədən sonra fəaliyyətini bərpa edib. TRT-nin canlı yayımladığı mərasimdə diplomatik nümayəndəlik binası üzərində Türkiyənin dövlət bayrağı qaldırılıb.Baş Konsulluq tədricən işçilərini artıracaq və əhaliyə xidmət göstərməyə başlayacaq. Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Koroğlu bəyan edib ki, Baas Partiyası hakimiyyətdən getdikdən sonra Ankara Suriyanın əsl sahibləri ilə əlaqələr qurdu ki, bu da ölkənin inkişafına töhfə verəcək."Uzun illərdir ev sahibliyi etdiyimiz suriyalı qardaşlarımızın sağ-salamat vətənlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik. Türkiyə ilə Suriya arasında əlaqələr inkişaf edəcək, Suriyanın dünyaya açılması prosesinə dəstək verəcəyik" - deyə o bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta