AZ

Duqin Trampın münaqişəni necə dayandıra biləcəyini açıqladı

Bunu rusiyalı filosof və politoloq Aleksandr Duqin Sputnik radiosunun efirindəçıxışı zamanı deyib.

Ukrayna "Trampın Vyetnamı"na çevrilə bilər- "Politico"
Onun sözlərinə görə, qarşıdakı illərdə Ağ Evə rəhbərlik edəcək siyasətçi münaqişənin mahiyyətini anlamır. Eyni zamanda, o, vəzifəsini tərk edən keçmiş dövlət başçısı Cozef Baydenin strategiyasına qarşı çıxır. Məhz bunun sayəsində vəziyyət faktiki olaraq üçüncü dünya müharibəsi ərəfəsində yaranmış tarazlıq nöqtəsinə gəlib çıxıb.

"Tramp döyüşləri yalnız bir yolla bitirə bilər. Bu, Kiyevə hərbi və maddi dəstəyi dayandırmaqdır. Düşünürəm ki, bundan sonra NATO-ya üzv ölkələrin orduları ilə döyüşməli olsaq belə, bir neçə ay ərzində Ukrayna ərazisinin azad edilməsini başa çatdıracağıq", - ekspert əlavə edib.

Qeyd edək ki, “The New York Times” son nəşrində Trampın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib.Qəzet yazıb ki, Donald Trampın seçki kampaniyası zamanı münaqişəni 24 saat ərzində, hətta prezident vəzifəsinə başlamazdan əvvəl dayandıracağı ilə bağlı verdiyi vəd yalana çevrilib. Müəllif qeyd edib ki, Ukrayna böhranı Tramp üçün bir çox cəhətdən qorxuducu problemə çevriləcək. Çünki o, sıfırdan başlamalı olacaq.

Tural Tağıyev
AzVision.az

Seçilən
14
50
azvision.az

10Mənbələr