Bakı, TurkicWorld
Trampla, onun hakimiyyətinin birinci dövründəki kimi dostluğumuzun davam etməsi bizim üçün çox önəmlidir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əlbəttə, birinci dövrdə olduğu kimi dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir. Və seçkidə qalib gələn gün onunla görüşdüm. Bu müddət ərzində aralıq iclas da keçirdik. Bu gün üzərinə götürəcəyi vəzifə ilə bərabər onunla təmaslarımızı da davam etdirəcəyimizi və Rusiya-Ukrayna müharibəsini bitirəcəyini israr etdiyinə görə, Türkiyə olaraq bu mövzuda təbii ki, Türkiyənin üzərinə düşəni edəcəyik. Çünki biz dünyada müharibələrin tərəfdarı deyilik, Türkiyə olaraq sülhün tərəfdarıyıq. İnanırıq ki, bu sülhlə dünyada ölkələrin bir-biri ilə həmrəyliyi davam edəcək. Müharibə ilə heç nə həll olunmur. Bunu mümkün qədər tez həll etməliyik. İnşallah, cənab Trampla görüşlərimizdə bu məsələləri müzakirə edəcəyik və buna uyğun addımlarımızı atacağıq. Mən cənab Trampın ikinci müddətinin bütün bəşəriyyət üçün faydalı olmasını arzulayıram.",- deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bugün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfərə gələn Slovakiya Respublikasının Baş naziri Robert Fikonu qəbul edib.