Yanvarın 20-də Donald Tramp and içərək ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
Modern.az-ın məlumarına görə, o, açılış nitqində ABŞ-ın “qızıl dövrünün” başlandığını bildirib.
ABŞ-ın 47-ci prezidentinin əsas açıqlamaları aşağıdakılardır:
- Enerji sektorunda enerji ehtiyatlarının çıxarılmasını stimullaşdırmaq üçün fövqəladə vəziyyət tətbiq ediləcək. ABŞ qiymətləri aşağı salmaq üçün irimiqyaslı neft və qaz hasilatına başlayacaq.
- Digər dövlətlərdən rüsumları toplayacaq Xarici Gəlir Xidməti yaradılacaq.
- “Yaşıl sövdələşmə” başa çatacaq və elektriklə işləyən avtomobillərə məcburi keçid ləğv ediləcək.
- ABŞ Gücü bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək.
- ABŞ Panama kanalına nəzarəti “geri alacaq”.
- "Biz Marsda Ulduzlar və Zolaqlar (ABŞ Bayrağı - red.) dalğalandırmaq üçün astronavtları göndərəcəyik."
- Meksika körfəzinin adı Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə Makkinli adlandırılacaq.
- Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq olunacaq və qoşun göndəriləcək. Qanunsuz miqrantlar öz vətənlərinə qaytarılacaq .
- Narkotik kartelləri xarici terror təşkilatları elan ediləcək.
"Bu gün Amerika Birləşmiş Ştatları Hökumətinin siyasəti yalnız iki cinsin - kişi və qadının olmasıdır." Transseksuallar qadın idmanına buraxılmayacaq.
- Hökumət senzurasına son qoymaq üçün fərman veriləcək.
- Donald Trampın çıxışından sonra onun mətbuat katibi əlavə edib ki, ABŞ Paris iqlim sazişindən çıxacaq.
***
21:53
ABŞ-nin 47-ci prezidenti Donald Tramp and içərək ikinci səlahiyyət müddətinə başlayıb.
Modern.az xəbər verir ki, Tramp and içdikdən sonra kürsüyə çıxıb və bəzi açıqlamalar verib.
"ABŞ qızıl dövrünü yaşayacaq. Bizim prioritetimiz qürurlu və zəngin bir ölkə qurmaq olacaq. Hər kəs bizə hörmət edəcək",- Tramp deyib.
"Hazırda hamımız bir yerdəyik. Bu gündən etibarən ölkəmiz yenidən çiçəklənəcək, daha heç kimin bizdən istifadə etməsinə icazə verməyəcəyik. Biz ölkəmizdə böyük yeniliklərə səbəb olacağıq və onların əks-sədası bütün dünyada hiss olunacaq. Amerika bu fürsətdən əvvəlkindən daha çevik istifadə edəcək", - o əlavə edib.
Tramp bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır: “Bizim suverenliyimiz bərpa olunacaq. Prioritet azad, firavan xalq yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”.