ABŞ yeni dövlət katibi Marko Rubio bildirib ki, Moskva ilə Kiyev arasında münaqişəyə son qoyulması yalnız hər iki tərəfin güzəştə getməyə hazır olduğu halda mümkündür...
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
O vurğulayıb ki, sülhə nail olmaq prezident Donald Trampın administrasiyası üçün prioritetdir, lakin nə Rusiya, nə də Ukrayna maksimum məqsədlərinə nail ola bilməyəcəyi üçün proses çətin olacaq və hər iki tərəfdən ciddi güzəştlər tələb olunacaq.
Eyni zamanda, dövlət katibi münaqişənin həlli üçün vaxt çərçivəsini adlandırmaqda çətinlik çəkib:
"Təfərrüatlar haqqında danışmaqla özümüzü qabaqlamayacağıq. Bu səviyyədə danışıqlar ictimai forumlarda deyil, diplomatiya yolu ilə aparılmalıdır. Aydındır ki, nə ilə razılaşmaq barədə yekun qərarı iştirakçı ölkələrin özləri verəcəklər - həm ukraynalılar, həm də ruslar".
Bundan əvvəl ABŞ Senatı (Konqresin yuxarı palatası) dövlət katibi vəzifəsinə respublikaçı Marko Rubionun namizədliyini təsdiqləyib. Qərar 99 senator tərəfindən dəstəklənib və heç kim əleyhinə çıxış etməyib. Rubio da özünə səs verib.
Beləliklə, Floridadan olan 53 yaşlı senator ABŞ Dövlət Departamentinə rəhbərlik edən ilk latın amerikalı olub. Nümayəndələr Palatasının son dinləmələrində o, prezident Donald Trampın ölkənin milli maraqlarının qorunmasına yönəlmiş siyasətinə ciddi əməl edəcəyini bildirib.
Poliqon.info