ABŞ Macarıstana qarşı sanksiyaları ləğv edəcəkmi?
“ABŞ-nın yeni administrasiyası Macarıstana qarşı tətbiq edilən sanksiyaları ləğv edəcəyinə söz verib”.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Macarıstanın Xarici işlər naziri Peter Siyarto “Facebook”da məlumat yayıb.
P. Siryato dünən ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Nazirin sözlərinə görə, söhbət zamanı Rubio iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bildirib.
E. KAMAL