AZ

Almaniya: Tramp Ukraynadakı nizamlamada mühüm rol oynaya bilər

Bundestaqın üzvü Steffen Kotre deyib ki, “bu münaqişəni alovlandıran” ABŞ olub.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatmasında mühüm rol oynaya bilər. Bu fikri TASS-ın müxbirinə Bundestaqın üzvü, Almaniya üçün Alternativ fraksiyasının xarici siyasət üzrə eksperti Şteffen Kotre bildirib.

“Ümid var ki, Tramp Ukraynada müharibəyə son qoymaq vədini yerinə yetirəcək”-deyə, Kauteret bildirib. Tramp fərqli xarici siyasət istiqamətinə malik şəxsdir və ona görə də bu münaqişənin sona çatmasında əsas rol oynaya bilər”.

Ümumilikdə Kotret Trampın Ağ Evə qayıtmasını “müsbət əlamət” adlandırıb. “Bir tərəfdən ABŞ-ın yeni tələbləri ilə üzləşəcəyik, lakin digər tərəfdən avropalılar və xüsusən də biz almanlar öz müdafiəmizi və digər məsələləri öz əlimizə almaq üçün stimul ala bilərik”.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Tramp Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymaq vəzifəsini qoyub. Nəşrin yazdığına görə, “Rusiya prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın seçki kampaniyası zamanı dövlət başçısı kimi münaqişəyə son qoyacağını dediyi zaman təsəvvür etdiyindən qat-qat çətin olacaq”. Yanvarın 21-də Tramp Kiyevə Amerika silahlarının tədarükünü tamamilə dayandırmaq imkanını istisna etməyib, həmçinin Rusiya Federasiyasının prezidenti ilə onun üçün əlverişli olan istənilən vaxt görüşməyə hazır olduğunu bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
50
turkustan.az

10Mənbələr