ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır və bu, onun üçün çox vacib məqsəddir...
Poliqon xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığı zamanı bildirib.
"Həmkarım məni əmin etdi ki, prezident Donald Trampın çox mühüm məqsədi var - regionumuzda üç ildir davam edən münaqişəyə son qoymaq", Siyarto deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin bütün dövrü ərzində Macarıstan təhlükəsizlik riskləri şəraitində yaşayıb, həm də böyük iqtisadi ziyana məruz qalıb.
Siyarto vurğulayıb ki, Trampın uğur qazanması və Ukrayna münaqişəsinə son qoymağa qadir olması Macarıstanın maraqlarına cavab verir. Rubio ona təsdiq edib ki, bu, ABŞ-ın yeni prezidenti və onun administrasiyasının ən mühüm məqsədlərindən biridir.
Poliqon.info