“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovu heyətinə cəlb edib.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.