AZ

Tramp mesaj verdi: Kim Çen In onun qayıtmasına sevinir?

ABŞ prezidenti Donald Tramp Ağ Evə gəldikdən sonra onun digər ölkələrlə münasibətləri necə quracağı maraq doğurur. Bayden administrasiyası zamanı Şimali Koreya ilə artan gərginlik Trampın dövründə dəyişəcəkmi?

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp and içdikdən sonra “Oval kabinet”də Şimali Koreya ilə bağlı açıqlamalar verib.

Tramp Şimali Koreya lideri Kim Çen Inla ilk prezidentliyi dövründə keçirdiyi görüşünü xatırladıb:“İnsanlar ona böyük təhlükə kimi baxırdılar, amma mən onu, o da məni bəyəndi və biz çox yaxşı anlaşdıq”.

Kimi "nüvə gücü" kimi xarakterizə edən Tramp "Məni Ağ Evdə yenidən görməkdən şad olacağını düşünürəm" deyib.

Seçilən
6
50
publika.az

10Mənbələr