AZ

"Ka Ubuntu" hərəkatının sədri: "Bizim ölkəyə gətirilən məhsullar Fransaya nisbətən 35 faiz bahadır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz kütləvi şəkildə Fransadan gələn malları idxal edirik. Çünki bizə şərait yaradılmır deyə istehsalatımız güclü deyil".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən mətbuat konfransında Oxu.Az-ın sualına cavab olaraq "Ka Ubuntu" hərəkatının sədri Romen Katambara deyib.
O bildirib ki, Fransa Reyunyona ixrac etdiyi ərzağa əlavə vergilər tətbiq edir:
"Hətta bizim ölkəyə gətirilən məhsullar Fransaya nisbətən 35 faiz bahadır. Bu isə iqtisadi monopoliyadır. Biz çalışırıq ki, bu iqtisadi asılılıqdan azad olaq və qida baxımından artıq özümüz-özümüzü təmsil edək ki, ölkəmizin gələcəyi daha parlaq olsun".
Mərahim Nəsib
Seçilən
14
50
oxu.az

10Mənbələr