AZ

Tramp hökumətin müxtəliflik və inklüzivlik siyasətini ləğv etdi

ABŞ prezidenti Donald Tramp hökumətdəki bütün müxtəliflik və inklüziv proqramlarını ləğv edən sərəncam imzalayıb.

Editor.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib. Qərarda bildirilir ki, keçmiş prezident Co Bayden administrasiyası aviasiya təhlükəsizliyindən tutmuş orduya qədər müxtəlif sahələrdə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) adlı “qanunsuz və əxlaqsız” ayrı-seçkilik proqramları həyata keçirib. Tramp deyib ki, amerikalılar hamıya bərabər ləyaqət və hörmətlə xidmət etməyə sadiq olan və “vergi ödəyicilərinin dollarlarını yalnız Amerikanı möhtəşəm etmək üçün xərcləyən” hökumətə layiqdirlər.

Prezident Baş Prokurorun və Kadrların İdarə Edilməsi İdarəsinin direktorunun köməyi ilə İdarəetmə və Büdcə İdarəsinin direktoruna DEI və müxtəliflik, bərabərlik, inklüzivlik və iştirak daxil olmaqla, bütün ayrı-seçkilik proqramlarına son qoyulmasını əlaqələndirməyi tapşırıb. Onlar həmçinin bütün mövcud məşğulluq təcrübələrini nəzərdən keçirməli olacaqlar. Tramp öz sərəncamında əlavə edib ki, fərdi təşəbbüs, bacarıq, məhsuldarlıq və zəhmətkeşlik mükafatlandırılmalı və DEI və ya DEIA tələbləri heç bir halda nəzərə alınmamalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
46
50
editor.az

10Mənbələr