AZ

ABŞ BMT-də Rusiya və Çinin veto hüququnun ləğv olunmasına çalışacaq

ABŞ-nin BMT-dəki səfirliyinə namizəd Rusiya və Çinin veto hüququ ilə mübarizə aparacağını vəd edib...

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Elise Stefanik bildirib ki, o, Təhlükəsizlik Şurasında veto hüququna malik Rusiya və Çinə qarşı mübarizə aparmağı planlaşdırır.

Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, Elise Stefanik demokrat senatorun Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılmasının zəruriliyi ilə bağlı sualına belə cavab verib.

“Bu, daimi nümayəndə kimi təsdiq olunsam, Çin və Rusiyanın veto hüququ hər gün qarşılaşacağımız bir problemdir. Bu, bizim mübarizə aparmağa davam edəcəyimiz problemdir, deyə deyə Stefanik Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Namizədin sözlərinə görə, Çin və Rusiya ABŞ-nin dəyərlərini bölüşmür.

Qeyd edək ki, Elise Stefanik Nyu-Yorkdan olan konqresmendir. ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə irəli sürüldükdən sonra o, prezident Donald Trampın “güc vasitəsilə sülhün bərqərar olması” siyasətinə sadiq qalacağını bildirib. 2021-ci ildən ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsini Dövlət Departamentində 30 ildən çox işləmiş Linda Tomas-Qrinfild tutur.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası BMT Baş Assambleyası tərəfindən iki il müddətinə seçilən 15 üzv dövlətdən - 5 daimi və 10 qeyri-daimi dövlətdən ibarətdir. Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ var, bunlara Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa daxildir. Veto hüququ dəstək səviyyəsindən asılı olmayaraq istənilən qətnamə layihəsini rədd etməyə imkan verir. 2024-cü ildə Əlcəzair, Qayana, Sloveniya, Sierra Leone və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldular.

Poliqon.info

Seçilən
6
33
poliqon.info

10Mənbələr