AZ

AL: "Beşiktaş" İspaniya təmsilçisi ilə üz-üzə - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turu çərçivəsində daha bir oyun keçiriləcək.

Fanat.Az xəbər verir ki, ötən gün "Qalatasaray" - "Dinamo Kiyev" matçı (3:3) ilə başlayan turun ikinci görüşü də İstanbulda baş tutacaq.

Türkiyə təmsilçisi “Beşiktaş” doğma azarkeşləri önündə İspaniyanın "Atletik" (Bilbao) komandasını qəbul edəcək.

Meydan sahibləri 6 xalla 28-ci, qonaqlar 16 xalla 2-ci pillədə qərarlaşıb.

Azərbaycanın AL-dəki təmsilçisi “Qarabağ” 7-ci tur çərçivəsində sabah Bakıda FCSB klubu ilə üz-üzə gələcək. Turun digər matçları yanvarın 23-də baş tutacaq.

UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
22 yanvar

19:30. Beşiktaş (Türkiyə) – "Atletik Bilbao" (İspaniya)

Seçilən
14
39
fanat.az

10Mənbələr