AZ

Qvardiola: “Bəlkə də MS ÇL-in ələmə mərhələsinə layiq deyil”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in Çempionlar Liqasını mümkün tərk edə biləcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Football on TNT Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Bizim, 1/8 finala çıxmaq üçün daha iki oyun keçirməyimiz bir fəsad deyil. Amma bəlkə də biz ələmə mərhələsinə düşməməyə layiqik. Bu, elə, İngiltərə Premyer Liqasındakı kimidir, biz çempionluğu haqq etmirik. Çempion olmaq üçün yaxşı işlər görmək gərəkdir, amma biz bunu buna qədər bacarmışıq”, deyə Qvardiola vurğulayıb.

6 oyunda 8 xal toplamış “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin 24-cü pilləsində qərarlaşıb. Bu pillə mötəbər yarışın ələmə mərhələsinə vəsiqə verən sonuncu pillədir.

“Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Parisdə Fransa nəhəngi PSJ-nin “qonağı” olacaq. Ölüm-dirim savaşına çıxacaq PSJ 7 xalla 26-cı pillədə qərarlaşıb. Oyun bu gün, yanvarın 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da başladacaq.

Seçilən
38
50
arena.az

10Mənbələr