AZ

Emin Zamanov “Şamaxı”nı tərk etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu daha bir futbolçusu – Emin Zamanov ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Şamaxı” Emin Zamanova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

2023-cü ilin yanvar ayından bölgə təmsilçisində çıxış edən Emin Zamanov ötən mövsüm bu klubla Birinci Liqada çempionluq sevinci yaşayıb. O, “Şamaxı”nın formasında ümumilikdə 18 qola imza atıb. Emin cari mövsümdə meydana çıxdığı 16 oyunda 2 qolla yadda qalıb.

Zamanov “Şamaxı”dan əvvəl “Səbail”, “Neftçi”, “Kəpəz” və “Turan Tovuz” kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Şamaxı” daha öncə Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov və Conatan Benteke ilə də yollarını ayırmışdı. Edqar Adilxanovla yeni müqavilə bağlamış əyalət klubu Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”), Andrey Tırkovyanu (“Pasifik”, Kanada), Alfons Mabula Msanqa (“Spartak”, Serbiya) və Vladislav Veremeyevi (“Yelqava”, Latviya) də heyətinə qatıb.

Seçilən
25
6
arena.az

10Mənbələr