Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Xilasedici” “Neftçi” ilə qarşılaşıb. Meydan sahibləri çətinlik çəkmədən qalib gəliblər.
Autsayderlər Sumqayıtda üz-üzə gəlib. Xala həsrət “Gənclər”lə MOİK-in mübarizəsində qalib 5 setdə müəyyənləşib. Yekunda sevinən tərəf “hərbçilər” olublar.
Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” – “Murov” matçı ilə yekun vurulacaq.
Yüksək Liqa
7-ci tur
22 yanvar
“Gənclər” – MOİK 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15)
Sumqayıt Olimpiya İdman Kompleksi.
“Xilasedici” – “Neftçi” – 3:0 (25:16, 25:23, 25:12)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
Xallar: Murov – 18. Xilasedici – 18. Azərreyl – 13. Neftçi – 8. MOİK – 2. Gənclər – 1.