AZ

Binəqədi sakinləri azadlıq metrosuna getmək üçün 1 saat avtobus gözləyir – ŞİKAYƏT VİDEO

Binəqədi rayonu, birinci mədən Çıraqqala küçəsindən Azadlıq metrosunadək 100 nömrəli marşrut xətti üzrə avtobuslar işləyir.

Xezerxeber.az xəbər verir ki, sərnişinlər bu avtobsuların az olmasından, buna görə də aradakı intervalın 40 dəqiqə, hətta 1 saat olmasından, eyni zamanda həmin avtobusların köhnə, natəmiz, sınıq-salxaq vəziyyətindən şikayətçidirlər.

Bildirildi ki, avtobuslar yenilənmədiyindən, əlilliyi olan şəxslərin istifadəsi üçün də uyğun deyil.

100 nörməni gözləməyib əlavə avtobus dəyişmək də əlavə xərc tələb edir. Avtobus sürücüləri isə danışmaqdan imtina etdilər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda 100 nömrəli marşrutda beş, 41 nömrəli marşrutda isə on beş avtobus fəaliyyət göstərir. Daşıyıcılara nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Məsələ həllini tapmayacağı təqdirdə marşrut xətləri müsabiqəyə çıxarıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
34
xezerxeber.az

10Mənbələr