AZ

Nikol Paşinyan Azərbaycanda məhkəməsi gedən qondarma “Dağlıq Qarabağ”ın keçmiş hərbi-siyasi liderlərindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanda erməni hərbi əsirlərin və Dağlıq Qarabağın keçmiş hərbi-siyasi liderlərinin saxlanması məsələsini hakimiyyətin diplomatik gündəmində “prioritet” adlandırıb.

Lakin onun sözlərinə görə, İrəvan bu məsələyə “zərər verməmək” prinsipini nəzərə alaraq yanaşır. “Eşitdiyimiz məlumatlar və gördüyümüz görüntülər, şübhəsiz ki, narahatlıq doğurur. Amma deməliyəm ki, biz bu vəziyyətə ilk növbədə məntiqlə yanaşır və “zərər verməmək” mövqeyindən çıxış edirik. Və bu məsələ bizim diplomatik gündəliyimizdə prioritet məsələdir. Nəticə əldə etmək üçün bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Nikol Paşinyan Ermənistan parlamentinin deputatının “hakimiyyət erməni məhbusların qaytarılması üçün nə edib” sualını cavablandırarkən, “Bir daha deyirəm, burada bizim vəzifəmiz ilk növbədə zərər verməməkdir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
17
editor.az

6Mənbələr