Bakı, 23 yanvar, AZƏRTAC
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı slovakiyalı hakim Filip Qlova idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" turnir cədvəlində 3 xalla 33-cü, FKSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb. Ağdam təmsilçisi pley-offa vəsiqə şanslarını davam etdirmək üçün bu gün mütləq qələbə qazanmalıdır. Azərbaycan klubu məğlub olsa, avrokuboklarla vidalaşacaq.
"Qarabağ" Liqa mərhələsində son görüşünü yanvarın 31-də Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.