AZ

Tacikistan sədrlik dövründə MDB-nin beynəlxalq əlaqələrini daha da genişləndirəcək - Səfir

Siyasi müstəvidə səylər MDB-nin inteqrasiya birliyi kimi dünya arenasında müsbət imicinin daha da təşviqinə, təşkilat ilə əlaqələrin genişləndirilməsinə yönəldiləcək.

Teleqraf.com xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahman yanvarın 23-də ölkəsinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinə həsr olunmuş brifinq zamanı qeyd edib.

"Sədrlik dövründə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumları, eləcə də regional təşkilatlar - ŞƏT, KTMT, Aİİ və digərləri əlaqələrin inkişafı, o cümlədən konkret mövzularda bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub ",- səfir bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
11
7
teleqraf.com

10Mənbələr