AZ

Səfir: Düşənbə MDB-də sədrliyi çərçivəsində əsas məqsədlərə nail olmağa kömək etmək niyyətindədir

Tacikistanın MDB-də sədrliyinin məqsədi Birliyin ortamüddətli perspektivi əhatə edən əsas sənədlərinin və kompleks inkişaf strategiyalarının məqsəd və vəzifələrinin həyata keçirilməsinə kömək etməkdir.

“Report” xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, Tacikistan BMT-nin Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, həmçinin MDB çərçivəsində qəbul edilmiş əsas sənədlərin müddəalarını rəhbər tutacaq.

"Tacikistan sədrliyinin innovativ ideyası MDB gündəliyinə onun fəaliyyətinin təkmilləşdirilməsi məsələsinin daxil edilməsi ilə bağlı olacaq. Bu kontekstdə müvafiq təkliflərin hazırlanması üçün maraqlı qurumların iştirakı ilə Tacikistanda və İcraiyyə Komitəsində xüsusi məsləhətləşmələrin keçirilməsi təşəbbüsü irəli sürüləcək. İş MDB-nin inkişaf konsepsiyası və digər konseptual sənədlərə uyğun aparılacaq", - o bildirib.

Diplomat qeyd edib ki, Tacikistan sədrliyi hüquq, sənaye, nəqliyyat, kommunikasiya, iqtisadiyyat, energetika, ekologiya və bir çox digər sahələri əhatə edəcək.

Seçilən
22
12
far.az

10Mənbələr