AZ

“Kalaşnikov” dronlarla mübarizə aparmaq üçün atıcı silahlara dayaq hazırlayıb

“Kalaşnikov” Dizayn və Texnologiya Mərkəzinin komandası hüquq-mühafizə orqanlarının sifarişi ilə pilotsuz uçuş aparatları ilə mübarizə üçün atıcı silahlara taktiki dəstək (dayaq - red.) hazırlayıb.

Herbiand.az bu barədə Konsernin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, dayaq xüsusi əməliyyat zonasında sınaqlardan keçib və hərbçilər tərəfindən müsbət qiymət alıb.

Taktiki dayaq 300 metrə qədər məsafədə kiçik pilotsuz təyyarələri, eləcə də 1000 metrə qədər məsafədə açıq yerləşdirilmiş düşmənin canlı qüvvəsini məhv etmək və silahların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Taktiki dayaq bir və ya iki Kalaşnikov pulemyotunu (PKM, PKT), Deqtyarev pulemyotunu (DPM) və ya AK tipli avtomatı quraşdırmaq üçün istifadə olunur. Taktiki dəstəyin çəkisi modifikasiyadan asılı olaraq 15 ilə 38 kq arasında dəyişir. Açıq mexaniki nişangah və optik-elektron nişangahların quraşdırılması da mümkündür.

Testlərin göstərdiyi kimi, dəstək atıcı silahlardan istifadə etməklə düşmənin pilotsuz təyyarələri ilə mübarizə tələblərinə tam cavab verir. Dayaq istifadə edilən silahların bütün taktiki və texniki xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
27
13
herbiand.az

10Mənbələr