AZ

İranda 15 məhkum edam edildi

İranın Yəzd, Məşhəd, Borazcan, Qorqan, İsfahan, Kərəc və Güney Azərbaycanın Zəncan və Savə şəhərlərinin həbsxanalarında 15 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlərin 8-i adam öldürməkdə, 7-i isə narkotik maddələrin alverində günahlandırılıb.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

visiontv.az



Seçilən
33
4
visiontv.az

10Mənbələr