AZ

Hadisə ilə bağlı qalmaqal BÖYÜYÜR: “Cahildir, qızlarımıza pis nümunə olur” – VİDEO

Məşhur müğənni Hadisə onun haqqında təhqiramiz ifadələr işlədən keçmiş idman şərhçisi Ahmet Çakarı 50 min TL mənəvi təzminat tələbi ilə məhkəməyə verib.

Medianews.az xəbər verir ki, Ahmet Çakar yenidən paylaşım edərək Hadisəni sərt tənqid edib.

Çakar Hadisənin cahil və türk gənc qızlarına pis nümunə olduğunu bildirib. Hadise qatıldığı “YouTube” proqramında şəxsi həyatı ilə bağlı etdiyi təəccüblü etiraflardan sonra Ahmet Çakarın tənqid hədəfinə çevrilib.

Sözügedən qalmaqal sosial mediada da geniş müzakirələrə yol açıb. Hazırda ikili arasında çəkişmə davam edir.

Məlumat üçün bildirək ki, Rza Zərrabın toyunu müzakirə edən digər aparıcılar Bilal Özbilge, Bilal Özcan, Pınar Eliçe və Didem Delen də Hadise haqqında nalayiq ifadələr işlədiblər. Hadisə Ahmet Çakarı ilə yanaşı digər aparıcları da məhkəməyə verərək onlardan yüksək məbləğdə təzminat tələb edib.

Qeyd edək ki, Hadise son zamanlar şəxsi həyatı ilə gündəmdən düşmür. O artıq bir neçə aydır ki, rejissor Şenol Sönmezlə eşq yaşayır.

Medianews.az

Seçilən
16
41
medianews.az

10Mənbələr