Bakı. Trend:
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsasmərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində işvaxtı uzadılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınınmüraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtdatəşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyalarısaat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındayerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək.Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimitətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağıtəqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdəsaxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyunqurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasıməqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək,qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
“Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləridiqqətdə saxlanılacaq.