Parisdəki məşhur Luvr muzeyinin əsaslı təmirə ehtiyacı var.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Parisien” qəzeti muzeyin direktoru Lorens De Karsın Fransanın mədəniyyət naziri Raşida Datiyə göndərdiyi məxfi mesaja istinadən məlumat yayıb.
Məktubda muzeyə dəyən “zərərin artması”, geniş işlərin aparılması zərurəti və binanın “narahatlığının həyəcanverici səviyyəsindən” bəhs edilir. Luvrun problemləri arasında suyun binaya keçmə təhlükəsi, həmçinin temperaturun qəfil dəyişməsi nəticəsində eksponatların zədələnmə riski də qeyd olunur.
Elcan
Missiya.Az