AZ

Tramp NATO ölkələrindən ÜDM-in 5 faizini müdafiəyə ayırmağı xahiş edəcək

NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir.

ABŞ-nin NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

“Bütün NATO ölkələrindən xahiş edəcəyəm ki, müdafiə xərclərini ÜDM-lərinin 5 %-i həcminə qaldırsınlar”, - o deyib.

Qeyd edək ki, NATO ölkələri hazırda ÜDM-in azı 2 %-ni müdafiəyə xərcləməyə çalışırlar.

Seçilən
11
50
operativmedia.az

10Mənbələr