AZ

"Turanbank"ın kredit portfeli böyüyüb

2024-cü ildə "Turanbank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 22 milyon 475 min manat və ya 3,6% artaraq 651 milyon 831 min manata çatıb.

Marja.az Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə "Turanbank"ın istehlak kreditləri portfeli 13 milyon 723 min manat artaraq 156 milyon 305 min manata, ipoteka kreditləri portfeli isə 10 milyon 319 min manat artaraq 129 milyon 462 min manata yüksəlib, biznes kreditləri portfeli isə 1 milyon 567 min manat azalaraq 366 milyon 64 min manat təşkil edib. 

"Turanbank" ASC 2024-cü ili 2 milyon 496 min manat xalis mənfəət ilə başa vurub.

Seçilən
38
19
marja.az

10Mənbələr