AZ

“Ermənistan Qərbi azərbaycanlılarla danışığa getməlidir” - Tofiq Zülfüqarov



“Azərbaycan dövlət olaraq ermənilərin öz ərazisində yaşaması barəsində rəsmi mövqeyini bəyan edib. Vaxtilə ərazilərimizdə yaşamış ermənilərin hansı şəkildə geri qayıdıb yaşamaları, təhlükəsizlikləri və hüquqlarının təminatı ilə bağlı konkret mövqe var”.

Bunu Bakupost.az -a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Azərbaycan vaxtilə Qarabağda yaşamış ermənilərlə bir neçə dəfə ünsiyyət qurulub, hətta onların qeydiyyatı üçün müvafiq portal da yaradılıb:

"Azərbaycan dövlətinin bu davranışı beynəlxalq prinsiplərə uyğundur. Ermənistan tərəfi məhz beynəlxalq qanunlara uyğun olaraq, Qərbi azərbaycanlılarla danışıb, onların hansı şəkildə geri qayıtması ilə bağlı müzakirə aparmalıdır. Ermənistan tərəfindən vaxtilə orada yaşamış azərbaycanlıların geri qayıtması fonunda hüquqları və təhlükəsizliyi ilə bağlı heç bir açıqlama verilməyib. Ermənistan bu məsələ ilə bağlı beynəlxalq qanunlara uyğun addım atmalıdır. Əks təqdirdə sözügedən məsələ ilə bağlı ortaq məxrəcə gəlinməyəcək”.

Sevinc,
BakuPost

Seçilən
11
50
bakupost.az

10Mənbələr